Şanxayda bina uçdu:


Dünya 16 May 2019 11:12:00 287 0

Şanxayda bina uçdu:

Şanxayda bərpa olunmaqda olan bina uçub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə zamanı dağıntılar altında 10 nəfər qalıb. Dərhal aparılan xilasetmə tədbirləri nəticəsində 3 nəfərin xilas edildiyi bildirilir.

Məlumata görə, Çannin rayonunda yerləşən binanın naməlum səbəbdən tavanı çöküb, bundan sonra bina uçub.

Binada bir müddətdir bərpa-rekonstruksiya işləri aparılırmış.