Yeni iPhoneların texniki xüsusiyyətləri məlum olub


Digərləri 16 May 2019 08:41:00 197 0

Yeni iPhoneların texniki xüsusiyyətləri məlum olub

"Apple" şirkəti 2019-cu ilin payızında üç yeni nəsil smartfon təqdim etməyi planlaşdırır. Həmin qurğular yeni "A13" prosessoru, üçüncü əsas kamera ilə təchiz ediləcək və korpusun qalınlığı bir qədər artacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, "Xs" və "Xs Max" smartfonlarının xarici görünüşü əvvəlkilərdən fərqlənməyəcək, onların korpusu yarım millimetr qalın olacaq.

Smartfonlar çox geniş baxış bucağına malik üçüncü əsas kamera ilə təchiz ediləcək. Yeni "iPhone Xr" smartfonunda optik zumu dəstəkləyən əlavə kamera modulu quraşdırılacaq.

Yeni cihazlar, həmçinin simsiz enerjidoldurma texnologiyasına malik olacaqlar.