Köhnə iPhoneların texniki dəstəyi dayandırılacaq


Digərləri 16 May 2019 08:31:00 213 0

Köhnə iPhoneların texniki dəstəyi dayandırılacaq

"Apple" şirkəti köhnə "iPhone" smartfonlarının - "iPhone 5s", "iPhone 6", "iPhone 6 Plus" və "iPhone SE" modellərinin yenilənməsini dayandıracaq.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, şirkət tərəfindən, həmçinin "iPad Mini 2" və "iPad Air" planşetlərinin dəstəklənməsi dayandırılacaq. Qeyd olunan qurğuların hamısı iyunda "WWDC 2019" konfransında təqdim ediləcək yenilənmiş "iOS" əməliyyat sisteminin işini dəstəkləməyəcək.

Yeni əməliyyat sisteminə "MacOS" sisteminin analoqu "Dark Mode" ümumi sistemi, dönmə əsaslı klaviatura, yenilənmiş "iMessage" və "Maps" proqramları və yenilənmiş "Health" funksiyası daxil olacaq.