Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar: səkkiz nəfər həlak olub


Digərləri 16 May 2019 03:10:00 200 0

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar: səkkiz nəfər həlak olub

Suriyanın Hələb əyalətinin Əl Nayrab yaşayış məntəqənin silahlılar tərəfindən atəşə tutulması nəticəsində səkkiz suriyalı, o cümlədən iki uşaq həlak olub.

Bakı. Suriyanın Hələb əyalətinin Əl Nayrab yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində səkkiz suriyalı, o cümlədən iki uşaq həlak olub. Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərinin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri, general-mayor Viktor Kupçişin bildirib. Onun sözlərinə görə, atışmalar həmçinin Latakiya əyalətinin Haddada, Nəxşebba, Ruyeset-İskəndər, Cüb-əz-Zərur və Saraf, Ham əyalətinin Əl-Huaş və Skalbiya, Hələb əyalətinin Tell-Metvazi və Əl-Nayrab yaşayış məntəqələrində qeydə alınıb.