Azərbaycan nefti bahalaşıb


Digərləri 15 May 2019 23:52:00 502 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 74,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,44 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.