100dən çox mismar udub, amma xatırlamır...


Digərləri 15 May 2019 18:29:00 212 0

100dən çox mismar udub, amma xatırlamır...

Hindistanın Racastan ştatında yerli sakinin mədəsində 100-dən çox mismar aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, 43 yaşlı Bola Şankar adlı şəxs mədə ağrıları ilə xəstəxanaya çatdırılıb.

Aparılan əməliyyat nəticəsində onun mədəsindən 116 ədəd beş santimetr ölçüdə mismar, metal və məftil qırıntıları çıxarılıb.

Onun həyatına heç bir təhlükə olmadığı deyilir.

Qəribəsi budur ki, B.Şankar mismarların onun mədəsində necə peyda olduğunu bilmədiyini deyib.