ABŞ şirkətləri Bakıdakı kənd təsərrüfatı sərgisində iştirak edir (FOTO)


Digərləri 15 May 2019 18:28:00 341 0

ABŞ şirkətləri Bakıdakı kənd təsərrüfatı sərgisində iştirak edir (FOTO)

Doqquz ABŞ şirkəti 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Caspian Agro sərgisində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və ABŞ səfirliyinin birgə sponsorluq etdiyi pavilyonda öz məhsul və xidmətlərini təqdim edir.

Bakı. 9 ABŞ şirkəti 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" sərgisində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və ABŞ səfirliyinin birgə sponsorluq etdiyi pavilyonda öz məhsul və xidmətlərini təqdim edir. Səfirlikdən Trend-ə verilən məlumata görə, Brandt, Soil Biotics, Trece, Grow More, DTN, Nelson & Pade, Inc., Valent BioSciences, Harvest Right, LLC və WCC International şirkətləri ziyanvericilərə nəzarət və monitorinq məhsulları, gübrə, torpaq əlavələri, havaya nəzarət qurğuları, balıqçılıq və akvaponik avadanlıq və materiallar, qurutma avadanlıqları, habelə idxal-ixrac xidmətlərini təklif edirlər. "Caspian Agro" sərgisindəki ABŞ pavilyonu ABŞ və yerli kənd təsərrüfatı şirkətləri arasında yeni biznes əlaqələrin təşviqinə dair ABŞ hökumətinin digər səylərinin davamıdır. Belə ki, bu səylər sırasına aprel ayında Çikaqoda keçirilmiş ilk ABŞ-Azərbaycan kənd təsərrüfatı forumu, Azərbaycan fermerləri və kənd təsərrüfatı biznesləri üçün ABŞ-a bir neçə tanışlıq səfərləri, Azərbaycan hökumət nümayəndələri üçün səfərlər, habelə yerli sahibkarlar üçün kənd təsərrüfatı təlimləri daxildir. Azərbaycan və Amerika şirkətləri arasında biznes əlaqələrin genişləndirilməsi Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna dəstək ola biləcək faydalı texnologiyanı və avadanlığı təmin edə bilər.