NASA açıqladı:


Digərləri 15 May 2019 18:15:00 275 0

NASA açıqladı:

NASA Aya səyahətlə bağlı yeni açıqlama verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, yeni kosmik gəmiyə yunan Ay ilahəsinin şərəfinə "Artemida" adı verilib. Amerikalılar 2024-cü ildə Ayın səthinə enəcəklər. Bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens məlumat verib.

Kosmonavtların adı hələ açıqlanmayıb. Çünki beş il ərzində çox dəyişiklik ola bilər. Amma kosmonavtların arasında qadının olacağı dəqiq xəbərdir. Qeyd edək ki, kosmosla bağlı ABŞ prezidenti Donald Trampın xüsusi sərəncamı var.