Naxçıvanda pivə istehsalı artırılacaq


Digərləri 15 May 2019 16:55:18 233 0

Naxçıvanda pivə istehsalı artırılacaq

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” şirkəti məhsul istehsalını artırmağı planlaşdırır

Bakı. Mətanət Nəsibova - Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” şirkəti məhsul istehsalını artırmağı planlaşdırır. Bunu Trend-ə şirkətin direktoru Seyfəddin Rəhimov deyib. Onun sözlərinə görə, bu, onunla əlaqədardır ki, şirkətin pivə məhsuluna Naxçıvanda, eləcə də Azərbaycanda böyük tələbat var: “Biz daxili tələbatı tam təmin etmək üçün istehsalatı genişləndirməyi planlaşdırırıq. Hələlik ölkə xaricinə ixrac nəzərdə tutmuruq. Bu məsələ bu il üçün şirkətin gündəliyində deyil”.