Azərbaycanın hava limanları bu il təxminən 1,5 milyon sərnişinə xidmət göstərib


Digərləri 15 May 2019 15:56:00 216 0

Azərbaycanın hava limanları bu il təxminən 1,5 milyon sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin ilk dörd ayı ərzində 1,23 milyon sərnişinə xidmət göstərib.

Bakı. Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin ilk dörd ayı ərzində 1,23 milyon sərnişinə xidmət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, beynəlxalq reyslərlə ümumilikdə 1,06 milyon sərnişin daşınıb. Göstərilən müddət ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 511 min və 130 min 500 sərnişin daşımışdır. Bu isə ötən ilin göstəricisindən 6 min nəfər çoxdur. Beynəlxalq reyslərin ümumi sayının 32,3 faizi AZAL-ın, 12,3 faizi “Buta Airways”in payına düşmüşdür. Göstərilən müddətdə xarici aviaşirkətlərin payı 55,4 faiz faiz təşkil edib. Ümumilikdə, Azərbaycanın beynəlxalq hava limanları 2019-cu ilin ilk dörd ayı ərzində 1,45 milyon sərnişinə xidmət göstərib. Bu, Cənubi Qafqazın bütün hava limanları arasında rekord göstəricidir.