Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi


Digərləri 15 May 2019 12:44:13 267 0

Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndis Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Narkoloji Mərkəzdə yanğın törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədova ömürlük cəza verilib. Məhkəmənin hökmü ilə T.Məmmədhəsənov 4 il, M.Abdullayev 3 il 6 ay və

Həmçinin hökmə əsasən, digər təqsirləndirilən A.Məmmədova 5 il müddətinə azadlıqdan məhrum olunub və ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza verilib.