Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verilib (FOTO)


Digərləri 15 May 2019 12:15:00 200 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verilib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Müftilər Şurası tərəfindən Moskvadakı “Poklonnaya qora”da qurulmuş “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb.

Bakı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Müftilər Şurası tərəfindən Moskvadakı “Poklonnaya qora”da qurulmuş “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb. İftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi Müqəddəs Qurani-Kərimdən ayələr oxuyub, axşam duası verib. Tədbirdə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxln müsəlman iştirak edib. Gecədə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov, “Əhli-beyt” dini təşkilatının sədri Nizami Baloğlanov çıxış edərək iftar süfrəsinin təşkilinə görə tədbir iştirakçıları adından Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür ediblər. Onlar qeyd ediblər ki, “Poklonnaya qora”da “Ramazan çadırı” təşkil edilməsi artıq ənənəyə çevrilib və müsəlmanlar üçün bu mühüm tədbirdə Azərbaycan, Heydər Əliyev Fondu hər il iştirak edir. Tədbirin aparıcısı Rusiya Müftilər Şurası adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, habelə “Ramazan çadırı-2019” tədbirinə təşkilati, yaradıcı və mənəvi töhfəyə görə Fondun nümayəndəsi Ayan Həsənovaya təşəkkürnamə təqdim edib. Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev bütün müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib, “Ramazan çadırı”nın təşkilinə görə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və Moskva Müsəlmanları Ruhani İdarəsinə təşəkkürünü bildirib. “Zəkat” Fondunun rəhbəri Rifat İzmayılov xeyriyyəçiliyin vacibliyi barədə çıxış edərək deyib: “Biz, dindarlar xeyriyyəçilik trendi yaratmalıyıq. Ona görə ki, “xeyriyyəçilik” anlayışını başqalarına sirayət etməklə biz dünyanı daha da yaxşılaşdırır, onu daha xeyirxah edirik. Heydər Əliyev Fondu da, digər xeyriyyə fondları da buna çalışır, yaxşılıq etməyin asan olmasını şəxsi nümunələrində göstərirlər”.