Nazir: Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3 faizdən çox olub


Digərləri 15 May 2019 11:43:00 190 0

Nazir: Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3 faizdən çox olub

2019-cu ilin birinci rübündə Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3,6 faiz təşkil edir və bu tendensiya ilin sonunadək davam edəcək.

Bakı. Mətanət Nəsibova - 2019-cu ilin birinci rübündə Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3,6 faiz təşkil edir və bu tendensiya ilin sonunadək davam edəcək. Trend-in məlumatına görə, Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda “Caspian Agro 2019” sərgisinin açılışında deyib. Nazir bu sahədə innovasiyaların tətbiqinin və qida təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.