Bakı Ali Neft Məktəbinin Neft-Qaz Mühəndisləri Cəmiyyəti regional yarışın qalibi oldu


Digərləri 15 May 2019 10:38:30 189 0

Bakı Ali Neft Məktəbinin Neft-Qaz Mühəndisləri Cəmiyyəti regional yarışın qalibi oldu

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz Mühəndisləri Cəmiyyəti (SPE - Society of Petroleum Engineers) Qazaxıstanda keçirilən PetroBowl regional seçimlərində ölkəmizi təmsil edərək 1-ci yerin qalibi olublar.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz Mühəndisləri Cəmiyyəti (SPE - Society of Petroleum Engineers) Qazaxıstanda keçirilən PetroBowl regional seçimlərində ölkəmizi təmsil edərək 1-ci yerin qalibi olublar. Beləliklə, BANM-ın Neft-Qaz Mühəndisləri Cəmiyyətinin 5 tələbəsi Kanadada keçiriləcək PetroBowl Çempionatı çərçivəsində təşkil olunan Neft-Qaz Mühəndisləri Cəmiyyətinin İllik Texniki Konfrans və Sərgisində (SPE Annual Technical Conference and Exhibition - ATCE2019) ölkəmizi təmsil etmək hüququ qazandılar. PetroBowl Çempionatındakı bu möhtəşəm uğurlarına görə BANM tələbələri Məhəmməd Əliyev, Nihad Abbasov, Gülay İbrahimova, Elmir Abilov və İsmayil Əkbərovu təbrik edir, növbəti yarışlarda müvəffəqiyyətlər arzulayırıq.