Dövlət qulluğuna qəbulla bağlı elektron sınaq imtahanları keçiriləcək


Digərləri 15 May 2019 09:34:14 258 0

Dövlət qulluğuna qəbulla bağlı elektron sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

Bakı. Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək. DİM-dən Trend-ə verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 22 və 31 may tarixlərində keçiriləcək. 22 may tarixində keçiriləcək imtahan saat 10:00-da, 31 may tarixində keçiriləcək imtahan isə saat 14:30-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 22 may tarixində saat 09:00-da və 31 may tarixində isə saat 13:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.