İstanbulda yaşayış kompleksinin istinad divarı çöküb


Dünya 14 May 2019 22:41:00 231 0

İstanbulda yaşayış kompleksinin istinad divarı çöküb

İstanbulun Başakşehir rayonunda yaşayış kompleksinin istinad divarı çöküb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə zamanı yoldan keçən avtomobil dağıntılar altında qalıb. Bölgəni toz-duman bürüyüb.

İlkin məlumata görə, hadisə nəticəsində dağıntılar altında qalmış bir vətəndaş yaralı halda xilas edilib. Bölgəyə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.