Lüt şəkil çəkdirmək kişinin özünəgüvənini artırır?


Digərləri 14 May 2019 20:54:00 325 0

Lüt şəkil çəkdirmək kişinin özünəgüvənini artırır?

Alimlər hər zaman maraqlı araşdırmaları ilə insanları təəccübləndirib. Bu dəfə isə onlar kişilərlə bağlı araşdırma ediblər.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bəzən sadə bir məsələ ilə bağlı edilən təcrübə həm böyük marağa səbəb olur, həm də insanları güldürür.

Səliqəli və bahalı paltar qanı "qaynadır"

Amerikalı araşdırmaçılar Qari Lev və Con Tounsend maraqlı bir eksperiment aparıblar. Onlar sübut ediblər ki, qadınlar bahalı paltar geyinən kişilərə daha çox fikir verirlər. Ekspertlərin apardıqları təcrübədə mindən çox qadın iştirak edib. Mütəxəssislər müxtəlif kişi şəkilləri qoyublar: bahalı, idman, adi iş geyimli kişilər. Qadınların əksəriyyəti bahalı paltar geyinən kişilərin şəklini götürərək, "bu kişilər adamı ehtiraslandırır" cavabını veriblər.

Kişilərin sirli silahı

Avstraliyada 1 milyondan çox qadın arasında maraqlı bir sorğu keçirilib. Ekspertlər müəyyən ediblər ki, qadınlar daha çox yumor hissi güclü olan kişilərə üstünlük verirlər. Zərif cinsin nümayəndələri onları güldürən kişilərlə daha ehtiraslı olurlar. Çünki gülüş xoşbəxtlik hormonlarını çoxaldır. Bu həm də qadınların immunitetini artırır.