Nazirliyi haqsız olaraq ağac kəsənlərlə əlbir olmaqda ittiham edirlər


Digərləri 14 May 2019 19:09:00 189 0

Nazirliyi haqsız olaraq ağac kəsənlərlə əlbir olmaqda ittiham edirlər

Bəzi şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq, ağac kəsənlərlə əlbir olmaqda ittiham edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, ETSN ağacların məhv edilməsinə qarşıdır, bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısının almağa çalışır:

"Ancaq yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edirlər. ETSN hər zaman ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara qarşı çıxıb və çıxacaq. Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə, bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölğə salmağa çalışır. Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Nədə əlbirik? Bu heç bir məntiqə sığmır, hansı həkim öz xəstəsinin ölümündə maraqlı olar? Biz, saglam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha əminliklə bildiririk ki, nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsinə, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır".

İ.İbrahimova əlavə edib ki, təkcə son payız və yaz ağacəkmə kampaniyalarında 2 milyondan çox ağac əkilməsi buna sübutdur.