Rusiya və Türkiyə viza rejimini ləğv edə bilər...


Dünya 14 May 2019 17:54:00 260 0

Rusiya və Türkiyə viza rejimini ləğv edə bilər...

Rusiya və Türkiyə yaxın zamanlarda iri həcmli yük avtomobillərinin sürücüləri üçün vizaların ləğv olunması barədə razılıq əldə edə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi Konsulluq departamentinin direktoru İvan Volınkin deyib.

O bildirib ki, bu sürücülərin vizasız gediş-gəlişinin təmin olunması məsələsi həll olunmaq üzrədir.

Bundan başqa, iki ölkə arasında xidməti, eləcə də xüsusi pasportların sahibləri üçün viza rejiminin ləğv olunması ilə bağlı danışıqlar aparılır.