İlk dəfə azərbaycanlı idmançı Cenevrə marafonunda iştirak edib (FOTO)


Digərləri 14 May 2019 17:36:35 177 0

İlk dəfə azərbaycanlı idmançı Cenevrə marafonunda iştirak edib (FOTO)

Cenevrədə UNICEF-in himayəsi ilə ənənəvi 42,195 kilometrlik “Harmony Genève Marathon for Unicef” marafonu keçirilib.

Bakı. Cenevrədə UNICEF-in himayəsi ilə ənənəvi 42,195 kilometrlik “Harmony Genève Marathon for Unicef” marafonu keçirilib. Trend-in məlumatına görə, bu marafonda ilk dəfə azərbaycanlı idmançı – Ayla Səid iştirak edib. Cenevrə marafonunda 15 minədək atlet iştirak edir. Xeyriyyə məqsədi daşıyan marafon Alp dağlarının ən iri su hövzəsi olan Cenevrə gölünün sahili ilə keçir. Azərbaycanlı idmançını sözlərinə görə, xeyriyyə fəaliyyəti bütün cəmiyyətlərdə dəstək görür: “Mən də içməli suya ehtiyacı olan uşaqlara dəstək işinə öz töhfəmi vermək istədim. Cenevrə dəniz səviyyəsindən 375 metr yüksəklikdə yerləşir. Bilirdim ki, bu məsafəni qət etmək asan olmayacaq. Amma çətin məsafələri sevirəm, onlar məni daha da güclü edir”.