Türk pilot qeyriadi gəmini lentə aldı


Digərləri 14 May 2019 17:25:00 223 0

Türk pilot qeyriadi gəmini lentə aldı

Türk pilot Atilla Şəntürk, köməkçi pilot və ekipajın digər üzvləri 10 may tarixində İstanbuldan Kölnə uçanda qeyri-adi hadisə ilə rastlaşıblar.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, onlar qəflətən təyyarədən kənarda, səmada sferik obyekt müşahidə ediblər. Obyekt çox böyük sürətlə o tərəf - bu tərəfə hərəkət edirmiş. Məlumdur ki, bu quş, hava şarı və ya digər təyyarə ola bilməzdi.

Gördüyü mənzərədən çaşqına çevrilən Atilla mobil telefonunu çıxarıb və obyekti telefonun yaddaşına köçürüb. O, kadrı internetə yüklədikdən sonra bir sıra ufoloji saytlar bu video çarxla maraqlanmağa başlayıblar.

"Mən heç vaxt belə sürətlə uçan obyekt görməmişdim. Bu nə peyk, nə də ulduz idi. Sonra isə qəribə obyekt qəfil yoxa çıxdı. Bu UNO bizə çox yaxın idi və çox parlaq işıq saçırdı. Video çarxda onun işıq saçması elə də yaxşı görünməsə də, həqiqətən, maraqlı mənzərə idi. İkinci pilot Efsun Sezer və ekipajın digər üzvləri də bunu gördülər",- Atilla bildirib.