İşsiz adamın 4 milyon pulunu götürüb qaçdılar


Digərləri 14 May 2019 17:03:00 219 0

İşsiz adamın 4 milyon pulunu götürüb qaçdılar

Moskvada naməlum şəxs içində qeyri-müəyyən mayenin olduğu balonun köməyi ilə işsizdən içində 4 milyon rubl (61 min dollar) olan paketi götürərək aradan çıxıb.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, artıq hadisə ilə bağlı cinayət işi açılıb.

1988-ci il təvəllüdlü işsiz bir kişi mayın 13-də Moskvanın şimal-şərqində soyğuna məruz qaldığı barədə polisə şikayət ünvanlayıb. Zərərçəkmişin sözlərinə görə, yerli vaxtla saat 12.50-də naməlum şəxs "Hyundai Solaris" markalı avtomobilin sürücüsünün oturacağında oturmuş adamın üzünə qəflətən içində qeyri-müəyyən maye olan balonu püskürdüb. Sonra onun sol sifətinə iki zərbə endirib və əlindəki içində 4 milyon rubl olan pul kisəsini alaraq aradan çıxıb.

Cinayəti törədən şəxs gizlənib və hazırda axtarılır. İşsiz zərərçəkmişdən götürülən pulun mənbəyi də araşdırılır.