Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verilib (FOTO)


Digərləri 14 May 2019 16:54:00 228 0

Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verilib (FOTO)

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Qalmaz yeraltı qaz anbarının qaz həcminin 1 mlrd. kubmetrdən 1,5 mlrd. kubmetrə çatdırılması məqsədi ilə inşa edilmiş 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi mərasimi keçirilib.

Bakı. Bu gün SOCAR prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Qalmaz yeraltı qaz anbarının qaz həcminin 1 mlrd. kubmetrdən 1,5 mlrd. kubmetrə çatdırılması məqsədi ilə inşa edilmiş 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi mərasimi keçirilib. SOCAR-dan Trend-ə verilən məlumata görə, gündəlik məhsuldarlığı 3 mln. kubmetr olan yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30% artıraraq, 10 mln. kubmetrdən 13 mln. kubmetrə çatdıracaq. Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır. R.Abdullayev bildirib: “Yeraltı qaz anbarlarını genişləndirməkdə əsas məqsədimiz ölkənin artan daxili tələbatını təmin etmək, istehlakçılara təbii qazı maksimum sürət və səmərə ilə çatdırmaqdır. Biz yay aylarında yeraltı qaz anbarlarına təbii qazı tədarük edir, qış aylarında isə tələbat artdıqca anbarlardan çıxarıb istehlakçılara çatdırırıq. Üeni komrressor stansiyası vasitəsi ilə təbii qaz anbara daha böyük həcmlərdə vurulacaq, abonentlərə daha çox mavi yanacaq çatdırılacaqdır”.