Vətəndaşa işgəncə verməkdə təqsirləndirilən polis polkovnikinə hökm oxundu


Digərləri 14 May 2019 16:30:00 181 0

Vətəndaşa işgəncə verməkdə təqsirləndirilən polis polkovnikinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa işgəncə verməkdə təqsirləndirilən sabiq polis polkovniki Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa işgəncə verməkdə təqsirləndirilən sabiq polis polkovniki Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Ağaliyev ittiham olunduğu Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi 293-1-ci maddəyə tövsif edilib. Həmin maddənin sanksiyası çərçivəsində müddət başa çatdığı üçün Ə.Ağaliyevə cəza təyin edilməyib.