ETSN: İdman və həvəskar balıq ovu üçün balıqovlama biletinin alınması tələb olunmur


Digərləri 14 May 2019 15:15:00 204 0

ETSN: İdman və həvəskar balıq ovu üçün  balıqovlama biletinin alınması tələb olunmur

İdman və həvəskar balıq ovu insanların şəxsi ehtiyacları, istirahəti üçündür və bu məqsədlə su hövzələrində sərbəst ov edilə bilər, bunun üçün balıqovlama biletinin alınması tələb olunmur.

Bakı. İlhamə İsabalayeva - İdman və həvəskar balıq ovu insanların şəxsi ehtiyacları, istirahəti üçündür və bu məqsədlə su hövzələrində sərbəst ov edilə bilər, bunun üçün balıqovlama biletinin alınması tələb olunmur. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov deyib. Azərbaycanda balıq ovunun qanununvericiliklə tənzimləndiyini bildirən M.Axundov əlavə edib ki, qanunvericiliyə əsasən sənaye məqsədləri ilə balıq ovu ödənişlidir və bunun üçün balıqovlama biletlərinin alınması mütləqdir. M.Axundov qeyd edib ki, balıqovlama biletlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir və elektron qaydada almaq mümkündür. Balıqovlama bileti alan şəxslər hər ilin I yarısında (iyulun 10-na kimi) və ilin sonunda (növbəti ilin yanvar ayının 10-na kimi) ovladığı balıq və digər su bioresurslarının növü və çəkisi barədə nazirliyə yarımillik və illik hesabatları təqdim etməlidir.