Əlilliyin təyin edilməsi meyarları ilə qanun layihəsi yaxın günlərdə Milli Məclisə təqdim ediləcək


Digərləri 14 May 2019 14:01:00 176 0

Əlilliyin təyin edilməsi meyarları ilə qanun layihəsi yaxın günlərdə Milli Məclisə təqdim ediləcək

Azərbaycanda mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq: "Yeni meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilməklə, xəstəliyin həyata təsir faizi ölçüləcək və əlillik dərəcəsi müəyyən olunacaq".