Aydın Mirzəzadə “Avroviziya”dan danışdı: "Əksəriyyəti I yerə layiqdir"


Digərləri 14 May 2019 13:11:00 179 0

Aydın Mirzəzadə “Avroviziya”dan danışdı: "Əksəriyyəti I yerə layiqdir"

"Amma mümkündür ki, zövqüm mükəmməl deyil və qalib diqqət etmədiyim digər bir mahnı ola bilər"

İmkan tapıb mahnıların hamısına qulaq asmışam, qalib olmağa layiq olan həddən çox ifa var. Amma mümkündür ki, zövqüm mükəmməl deyil və qalib diqqət etmədiyim digər bir mahnı ola bilər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində start götürəcək "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsi ilə bağlı fikirlərini bölüşərkən bildirib.

"Yarışda 41 ölkə, o cümlədən Azərbaycan iştirak edəcək. Azərbaycan təmsilçisi, gözəl səsə malik Çingiz Mustafayev ingilis dilində "Truth" (Həqiqət) mahnısını oxuyacaq", - deyən millət vəkili bildirib ki, itirakçı ölkələrin əksəriyyəti müsabiqədə ancaq birinci yer tutmaq qətiyyətindədir.

"Hətta qonşu ölkələrdən birində indidən təmsilçilərinin birinci yer tuta bilməməsini artıq milli faciəyə döndəriblər. Birinci yer isə müsabiqədə ancaq bir dənədir, istənilən variantda 40 ölkə qalib olmayacaq.

Tarix isə göstərir ki, mədəniyyət yarışması, ilk növbədə, bayram və fərqli mədəniyyətlərin və zövqlərin birgə nümayişidir.