Maliyyə və rəqəmsal həllər təklif edən startaplara "Rabitəbank"dan dəstək!


Digərləri 14 May 2019 12:30:00 253 0

Maliyyə və rəqəmsal həllər təklif edən startaplara "Rabitəbank"dan dəstək!

13-17 may tarixləri ərzində elan edilmiş “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə birgə "Rabitəbank" startaplar üçün açıq qapı elan edir.

Bakı. 13-17 may tarixləri ərzində elan edilmiş “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə birgə "Rabitəbank" startaplar üçün açıq qapı elan edir. Startaplar üçün açıq qapı günlərinin təşkil olunmasında əsas məqsəd startaplar tərəfindən bankların maliyyə texnologiyaları ilə əlaqədar həllərə olan tələblərinin öyrənilməsi və bununla əlaqədar öz ideyalarını banklara təqdim etmələrini təmin etmək üçün platforma formalaşdırmaqdır. Eyni zamanda bu layihə çərçivəsində startapların öz ideyalarını maliyyə cəlbi üçün görməli olduqları işlər və biznes planlarında edilməsi məqsədəuyğun olan dəyişikliklər barədə məsləhətlər almalarına imkan yaradılacaq.