Çin iki hərbi gəmisini suya buraxdı


Dünya 14 May 2019 10:55:00 218 0

Çin iki hərbi gəmisini suya buraxdı

Çinin Dalyan şəhərində iki ən müasir 052D hərbi gəmiləri suya buraxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda Çin Xalq Azadlıq Ordusu 20 bu tip gəmiyə malikdir.

Hərbi ekspertlər bu gəmiləri ABŞ Hərbi Dəniz Qüvvələrinin "Arleigh Burke" sinif minadaşıyanları ilə müqayisə edirlər ki, buna gəminin böyük ölçüsü ilə bərabər digər xarakteristikaları da zəmin verir.