Ürək ritmlərini ölçən ağıllı üzük hazırlanıb


Digərləri 14 May 2019 08:46:00 226 0

Ürək ritmlərini ölçən ağıllı üzük hazırlanıb

Cənubi Koreyalı tədqiqatçılar ürək döyüntülərini  dəqiqliklə qeyd edən "ağıllı" üzüyü sınaqdan keçiriblər.

Son.az chip.az-a istinadən bildirir ki, tədqiqatçılar üzüklərin yaxın vaxtlarda ürək döyüntülərinin normal olub-olmadığını təyin etmək üçün istifadə edilə biləcəyinə ümid edirlər.

Bu həftə keçirilən  "Heart Rhythm" dərnəyinin elmi sessiyalarında təqdim edilən araşdırmada ürək ritmləri pozulan 119 xəstədə  eyni zamanda EKQ-lər və optik sensor əsaslı fotopletismografiler qarşılaşdırılıb. Tədqiqatçılar faktiki təsnifat üçün ortalama təhlükəsizlik səviyyəsinin 98,6% olduğunu qeyd ediblər.

Seul Milli Universitet Xəstəxanasının kardioloji professoru Eue-Keun Choi dəqiqliklə öyrənmə alqoritminin yeni hazırlanan "ağıllı" üzük vasitəsi ilə günlük aktivlik dərəcəsinin təyin etmək istədiklərini, tibbi cəhətdən isə üzüyün ürək ritmlərini qeyd etməsi üçün də istifadə olunmasına ümid etdiklərini vurğulayıb.