Putin və Ərdoğan arasında telefon danışığı baş tutub


Dünya 14 May 2019 08:13:00 237 0

Putin və Ərdoğan arasında telefon danışığı baş tutub

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Son.az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı ölkə başçıları Suriyadakı "İdlib deeskalasiya bölgəsi"ndə döyüşçülər tərəfindən tez-tez müşahidə olunan atəşkəsin pozulması hallarını müzakirə ediblər.

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib.