Şəkəri yüksələn sürücünün avtomobili körpüdən aşdı


Digərləri 14 May 2019 08:02:00 223 0

Şəkəri yüksələn sürücünün avtomobili körpüdən aşdı

Zaqatala  rayonun girişindəki Tala çayının üzərindəki körpüdə hərəkətdə olan avtomobil 30 metr hündürlükdən çaya açıb.

Son.az oxu.az-a istinadən bildirir ki, araşdırmalar zamanı  məlum olub ki, "VAZ-2106" markalı, 62 BA 978 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirdikdən sonra belə bir hadisə baş verib. Avtomobilin sürücüsü ağır yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü şəkər xəstəliyindən əziyyət çəkirmiş və qəza da onun şəkərinin yüksəlməsindən sonra baş verib.

Faktla bağlı araşdırma aparılır.