Günün qoroskopu: xüsusi bir planı olmayanlar üçün gün çox uğurludur


Digərləri 14 May 2019 00:01:00 221 0

Günün qoroskopu: xüsusi bir planı olmayanlar üçün gün çox uğurludur

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - təslim olmaq fikrində deyilsiniz, bir cəngavər kimi mənfi tendensiyalarla savaşırsınız. İnadınız təqdirəlayiqdir. Amma bir düşünün, qüvvənizi nəyə sərf edirsiniz? Bu, o qədər vacibdir? Hələ ki, gec deyil, özünüzə gəlin.

Əvalınız da sevindirmir. Yaxşı olar ki, ağır işdən çəkinəsiniz. Kompüter qarşısında çox oturmayın, alkoqol və yağlı yeməkdən uzaq durun. Amma eyni zamanda bütün diqqəti sağlamlığa yönəltmək olmaz. Məsələn, bu gün arıqlamaq üçün ac qalmaq heç məsləhət deyil.  

Buğa - siz bu gün göylərin himayəsindəsiniz. Rəqiblərinizi qabaqlamaq sizə çətin olmayacaq: onların öz problemləri və daxili münaqişələrinə başları qarışmaqdaykən siz öz məqsədinizə doğru inam və asanlıqla addımlayırsınız. Günün maliyyə vəziyyəti ürəkaçandır.

Çox uzaqlardan xoş xəbərlər ala bilərsiniz. Bir çox Buğalar həyatlarını kökündən dəyişməyin vaxtı gəlib çatdığını anlayacaqlar. Sevdiyiniz şəxsdən gözəl təklif ala bilərsiniz. Günün ortası tanışlıqlar üçün münasibdir, bunların istənilən biri romantik axarda davam edə bilər.  

Əkizlər - şübhələr, həyəcanlar başınızı qatıb. Arzularınız və istəkləriniz təzadlıdır. Odur ki, bir saatın ərzində bir neçə fikir dəyişir, çabalayırsınız. Bununla paralel olaraq əhvalınız da yo-yo kimi "atılıb-düşür". Sizi anlamaq çətindir. Yalnız sizi həqiqətən sevənlər kaprizlərinizə sakit yanaşır, əsəblərini cilovlayırlar.

Qərarsızlığınıza hakim olun, hövsələnizi basın, bir yerdə oturun. Yarımçıq işləri atmaq məsləhət deyil. Əgər hansısa layihəni bitirəcəyinizə əmin deyilsinizsə, ona heç əl vurmayıb başqa zamana saxlayın.   

Xərçəng - çox mürəkkəb gün olsa da, ondan faydalanmaq mümkündür. Əsas odur ki, əvvəlcədən uğursuz görünən layihələrə baş qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən dəyərli nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci yarısı Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər alacaq.

Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə çağırasınız.  

Şir - bu gün heç kimlə ünsiyyətiniz alınmır, xüsusilə də işgüzar danışıqlarda. Sonuncuları təxirə salın: əvəzsiz tərəfdaş kimi qəbul etdiyiniz şəxslərlə də savaşa bilərsiniz. Rəhbərliklə fikir ayrılığı meydana gələcək. Bəzi Şirlər hətta onları daha çox qiymətləndirəcək başqa iş yeri də axtarmaq istəyəcəklər.

Yaxın adamlarınızla isə daha yaxşı dil tapırsınız. Sizi, doğrudan da, sevənlər sizə məhz nəyin lazım olduğunu həmən anlayırlar. Dəyərli hədiyyələr, xoş sürprizlər, qəfil dəvətlər - günün ikinci yarısının sizə töhfəsi bunlardır. Axşama doğru səhhətiniz korlana bilər.  

Qız - planlaşdırdığınızdan daha az iş görüb çatdıra bilirsiniz. Çünki bir çox məslələlər qəfil meydana çıxır və onları tez həll etmək lazım gəlir. Həmfikir və köməkçiləriniz çoxdur. Çifayda, heç biri təşəbbüs göstərmir və yalnız sizin əmr və göstərişlərinizi gözləyirlər.

Günün ikinci yarısı ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin, bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz. Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola gedirsiniz. Axşam vaxtı ünsiyyətlərinizdə diqqətli olun, yalnız yaxınlarınızla söhbətlə kifayətlənin.  

Tərəzi - işlər pis getmir. Ambisiyalı, məqsədyönlü adamlar üçün yaxşı gün sayılmaz. Çünki iş həyatında uğur qazanmaq elə də asan deyil. Əvəzində yaradıcı ideyaların, eyni zamanda çox cürətli planların həyata keçirilməsi üçün münasib vaxtdır. Bu gün daha çox sizə nəsə yeni bir şey öyrədə biləcək insanlarla ünsiyyət qurun.