Parisdə 300 litr butafor qanı dağıdıblar


Digərləri 13 May 2019 23:24:00 211 0

Parisdə 300 litr butafor qanı dağıdıblar

Parisdə ekologiya sistemin fəalları Trokadero meydanına 300 litr butafor qanı dağıdıblar. Son.az AZƏRTAC-a istinadən bildirir ki, onlar biomüxtəlifliyin qorunub saxlanılması üçün tədbirlər görülmək çağırışı ilə hakimiyyət orqanlarına müraciət ediblər.

Fəallar əllərində "Altıncı kütləvi nəsli kəsilmənin qarşısını alın" sözləri yazılmış şüarlar tutublar.

Fransanın Bordo şəhərində isə polis birja meydanında yerləşdirdikləri bannerə görə iqlim dəyişmələrinə qarşı mübarizə aparan "Extinction Rebellion" hərəkatının altı fəalını həbs edib.

Xatırladaq ki, Avropanın onlarca şəhərində ekologiya sisteminin minlərlə fəalının qoşulduğu nümayişlər keçirilib. Onlar qlobal fəlakətlər baş verməsin deyə siyasətçilərdən tədbirlər görülməsini tələb ediblər. Biomüxtəliflik və ekologiya sistemləri üzrə hökumətlərarası elmi-siyasi platformanın sonuncu məruzəsində deyilir ki, təqribən bir milyon flora və fauna növünün nəsli və kökü kəsilmək üzrədir. Heyvan və bitki növlərinin çoxu artıq yaxın on il ərzində tamamilə yoxa çıxa bilər. Ekoloq və ekspertlər mərcan riflərindən tutmuş nadir pələng və quş növlərinə qədər biomüxtəlifliyin qorunub saxlanılması üçün bütün səyləri səfərbərliyə almağa çağırırlar.