90 milyon avro bir alman və bir polyak arasında bölüşdürüləcək


Digərləri 13 May 2019 22:37:00 244 0

90 milyon avro bir alman və bir polyak arasında bölüşdürüləcək

Avropa lotereyasının iki iştirakçısı rekord məbləğdə cek-pota sahib olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, budəfəki cek-pot məbləği 90 milyon avroya bərabər olub. Bu məbləğin yarısı Şimali Reyn-Vestfaliya federal əyalətində yaşayan, adı bildirilməyən bəxtəvərə, o biri yarısı isə Polşaya göndəriləcək. Yeddi həftə üst-üstə toplanmış cek-pot bu dəfə öz sahibini tapıb.

Avropa cek-potunda uduş şansı 95 milyonda 1-ə bərabərdir. Klassik "6/49" formulu üzrə lotereyada uduş şansı isə xeyli aşağıdır.