Bakıda 11 otaqlı ev yanıb, tüstüdən zəhərlənən var


Digərləri 13 May 2019 22:24:00 188 0

Bakıda 11 otaqlı ev yanıb, tüstüdən zəhərlənən var

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 11 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 43 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.