Böyük Britaniyada yeni pul buraxıldı


Dünya 13 May 2019 22:12:00 207 0

Böyük Britaniyada yeni pul buraxıldı

Böyük Britaniyada Şerlok Holmsun təsviri olan sikkələr buraxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, 50 pens dəyərində sikkələr detektiv personajının müəllifi Artur Konan Doylun 160 illiyinə həsr olunub.

Sikkədə həmçinin Şerlok Holmsun sərgüzəştlərinin adları da həkk olunub.

Qeyd edək ki, Şerlok Holms "ən çox ekranlaşdırılan ədəbi personaj" hesab olunur.