Yer kürəsinin yox olacağı tarix


Digərləri 13 May 2019 20:24:00 276 0

Yer kürəsinin yox olacağı tarix

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyində (NASA) çalışan türk alim Ümid Ulduz Yer kürəsinin nə qədər ömrünün qaldığını açıqlayıb.

Son.az Redaktor.az-a istinadən bildirir ki, alimin açıqlamsına görə, hazırda 4.5 milyard il yaşı olan Yer kürəsinin 5 milyard il ömrü qalıb.

NASA-nın gələcək planlarıyla bağlı açıqlama verən türk alim qeyd edib ki, gələn il Marsa göndəriləcək kosmik gəmi 2021-ci ildə planetə enəcək. O, planetdə həyatın olub-olmamasıyla bağlı araşdırmalar aparacaq və burada toplanılan nümunələr Yer kürəsinə gətiriləcək.