ŞriLanka teraktının nəticəsi:


Dünya 13 May 2019 20:04:00 199 0

ŞriLanka teraktının nəticəsi:

Şri-Lanka Silahlı Qüvvələrinin rəhbəri general-leytenant Maxeş Senanayake ölkədə ABŞ bazasının yerləşdirilməsi və dövlət büdcəsi hesabına təmin edilməsini nəzərdə tutan müdafiə razılaşması imzalanmasının əleyhinə çıxıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Senanayake bu fikrini jurnalistlərə açıqlamasında deyib.

"Biz necə müqavilə imzalaya bilərik? Biz burada deyilənlərin heç biriylə razılaşa bilmərik. Bu, öz əmlakını başqa adamın adına keçirib, intihar etməyə bənzəyir", - deyə o bildirib.

General bir müddət əvvəl ölkədə baş verən silsilə teraktlardan bir çox regional və dünya güclərinin fayda götürməyə və Şri-Lankadan öz məqsədləri üçün istifadə etməyə çalışdığını deyib.