Abramov kanaldan səsləri tələb edir


Digərləri 13 May 2019 20:09:00 212 0

Abramov kanaldan səsləri tələb edir

Müğənni Alsunun qızı Mikellanın "Голос. Дети" müsabiqəsində birinci olması ətrafında qalmaqal bitmək bilmir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu söz-söhbətdən Mikellanın atası Yan Abramov da narahat olub. Bir çoxları mahnı yarışmasında digər uşaqların haqqının tapdalandığını, Abramovun puluna görə qızının birinci seçildiyi iddia edilib.

İş adamı bildirib ki, Birinci kanalı saxtakarlıqla günahlandıranlar əslində qızın psixologiyasına təsir edir. Abramov Mikellanın bu qalmaqaldan təsirləndiyini, depressiyaya düşdüyünü söyləyib.

Qeyd edək ki, nə Birinci kanal, nə "Talpa" kompaniyası, nə də Mikellanın ailə üzvləri məsələ ilə bağlı rəsmi açıqlama yayıb.