Türkiyə səfiri Mətbuat Şurasında olub


Digərləri 13 May 2019 18:31:00 251 0

Türkiyə səfiri Mətbuat Şurasında olub

Bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

Bakı. Bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan Mətbuat Şurasında (MŞ) olub. Şuradan Trend-ə verilən məlumata görə, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin media birliklərinin əlaqələrində də duyulmaqdadır. Bu gün Azərbaycandan Türkiyəyə, Türkiyədən də Azərbaycana çoxsaylı jurnalist səfərləri gerçəkləşdirilməkdədir. Azərbaycan jurnalistləri üçün Türkiyənin kütləvi informasiya vasitələri böyük təcrübə mənbəyidir. Türkiyə mediası isə Azərbaycan mediasına ümumən Qafqaz bölgəsi ilə bağlı məlumatların mənbəyi kimi yanaşmaqdadır. Sevindirici haldır ki, kütləvi informasiya vasitələrimiz, eləcə də jurnalist birliklərimiz arasındakı münasibətlər eyni zamanda ölkələrimizlə əlaqədar həqiqətlərin dünya birliyinə çatdırılması sahəsindəki əməkdaşlıq bağına malikdir. Bu, eyni zamanda etibarlı tərəfdaşlıq deməkdir və onun daha da möhkəmlənməsinə ehityac duyulmaqdadır. Ə.Amaşov həmçinin bildirib ki, Türkiyə və Azərbaycan mediasının qarşılıqlı işbirliyinin yaradılması və möhkəmlənməsində Türkiyənin Azərbaycandakı səfirliyinin bir diplomatik missiya kimi hər zaman xidmətləri olub və bu ənənənin davamlılığı məmnunluq yaradır.