Erkin Erginə ağır itki


Digərləri 13 May 2019 17:11:00 202 0

Erkin Erginə ağır itki

Tanınmış vayner Erkin Erginə ağır itki üz verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktyorun atası, həkim Tərlan Zeynalov 56 yaşında vəfat edib. O, sosial şəbəkə hesabında bunları yazıb:

"Mən ən yaxın dostumu itirdim! Bioloji olaraq ata olmaq çox asan bir şeydir. Bəziləri ata ola bilmədikləri üçün üzülürlər. Halbuki, buna dəyməz! Ata olmaq üçün dünyaya oğul gətirməyə ehtiyac yoxdur. Ata ən yaxın dosta, hər nəyə baxmayaraq səninlə olan kəsə deyilir. Mən atamın ölümünə üzülmürəm. Çünki bu dünya ölümlü dünyadır. Hamı bir bəhanə ilə köçəcək bu dünyadan! Mən çox gözəl və möhtəşəm bir insanın dünyadan getməsinə üzülürəm. O mənim atam olmasaydı da ,  onu yenə sevəcəkdim. Çünki o çox yaxşı insan idi! Bütün bunları mən ona sağlığında demişəm! Son nəfəsində qulağına "Mən səni sevirəm" dedim. O da başıyla "hə" dedi. Sonra sual verdim ki, "sən də məni?" Dedi,  hə! Çox sağol hər şey üçün, Tərlan!"

Qeyd edək ki, Erkin Ergin "Stand up Baku Comdey"-nin aparıcı üzvlərindəndir.


Xəbərə aid foto