Səudiyyə Ərəbistanı tankerlərinə hücum


Dünya 13 May 2019 15:47:00 196 0

Səudiyyə Ərəbistanı tankerlərinə hücum

Səudiyyə Ərəbistanına məxsus iki neft tankeri Birləşmiş Ərəb Əmirliyi sularında “təxribat hücumu”na məruz qalıb

Səudiyyə Ərəbistanına məxsus iki neft tankeri Birləşmiş Ərəb Əmirliyi sularında "təxribat hücumu"na məruz qalıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Xalid əl-Fəlih bildirib.

Fuceyrə limanı yaxınlığında baş verən insident nəticəsində gəmilərə ciddi ziyan dəysə də, ölən və yaralıların olmadığı bildirilir. Nazir hücumun haradan qaynaqlandığını bildirməyib və təfsilata varmayıb.

"Gəmilərdən biri xam neftlə doldurulması üçün Ras Tanura limanına yola düşmüşdü, sonradan həmin neft "Aramko" şirkətinin ABŞ-dakı müştərilərinə çatdırılmalı idi", - nazirin bəyanatında deyilir.