Deputat: Müdrik xalqımız ölkəmizin müstəqilliyinə, inkişafına qara yaxmağa çalışanlara fürsət vermir


Digərləri 13 May 2019 13:41:00 219 0

Deputat: Müdrik xalqımız ölkəmizin müstəqilliyinə, inkişafına qara yaxmağa çalışanlara fürsət vermir

Deputat: Müdrik xalqımız ölkəmizin müstəqilliyinə, inkişafına qara yaxmağa çalışanlara fürsət vermir

Bakı. Elçin Mehdiyev – Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət, dünyada sabitlik diyarı, iqtisadi inkişaf ölkəsi, yeni iqtisadi və sosal çağırışların müzakirə olunduğu məkan kimi tanınır. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Naqif Həmzəyev deyib. N.Həmzəyev bildirib ki, ölkəmiz, həmçinin humanist fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dəyərli töhfələr verir: “Müstəqil Azərbaycan enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları kimi səmərəli təklif və təşəbbüslərlə çıxış edir. İnkaredilməz gerçəklikdir ki, ölkəmizin dünyada nüfuz qazanmasının təməlində müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və parlaq gələcəyə hesablanmış siyasəti dayanır”. Deputatın sözlərinə görə, təəssüf ki, Azərbaycanın bu inkişafını gözü götürməyən qüvvələr də mövcuddur: