Bakıda borca görə prospektin işıqları söndürüldü VİDEO


Digərləri 13 May 2019 12:29:00 191 0

Bakıda borca görə prospektin işıqları söndürüldü  VİDEO

“Gəncə prospekti bir aydır ki, zülmət qaranlıq içindədir"

Gəncə prospekti bir aydır ki, zülmət qaranlıq içindədir. İşıqları qənaət üçün söndürürlər, yoxsa gözləyirlər ki, kimisə maşın vurub can alsın?

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, son bir aydır ki, bu kimi paylaşımlar sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır. Şikayətdə qeyd olunan Gəncə prospekti ilə yanaşı paytaxtın bir neçə prospektlərində də analoji hal müşahidə olunur.

Gecə saatlarında küçə və prospektlərdə müşahidə olunan qaranlıq isə piyada vurulması ilə nəticələnən qəzaları, avtomobillərdə oğurluq hallarının sayını artırır. Odur ki, yaranmış bu vəziyyət paytaxt sakinlərinin, ələlxüsus da, sürücülərin haqlı narazılıqlarına səbəb olub.

Məsələylə bağlı Bakı Şəhər Küçə İşıqları İdarəsinin Xətai rayon şöbəsindən qafqazinfo-ya bildirilib ki, prospekti işıqlandıran kabel sistemində nasazlıq yaşanıb, problem bir neçə günə öz həllini tapacaq:

"Bundan başqa, prospektdə yerləşdirilmiş elektrik şkaflarında oğurluq halları baş verib. Problem təqribən bir həftəyə yaxındır, yaranıb. Birigün tam həll olunacaq".