Qubada "VAZ" aşdı:


Digərləri 13 May 2019 11:44:00 265 0

Qubada "VAZ" aşdı:

Ötən gecə Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Ötən gecə Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, qəza Quba rayonunun Alekseyevka kəndində, Xaçmaz rayonuna gedən yolda qeydə alınıb. "VAZ" markalı minik avtomobili yol kənarına aşıb. Avtomobildən xəsarət alanları çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.

Qəza nəticəsində 1997-cu il təvəllüdlü Bədəlov Orxan Gülağa oğlu qapalı kəllə-beyin travması, bədənin müxtəlif yerlərinin əzilməsi, 1998-cu il təvəllüdlü Atakişiyev Taleh Allahverdi qapalı kəllə-beyin travması, sağ qaşın yırtılması və 1999-cu il təvəllüdlü Əliyev Tural Kamran oğlu boyun nahiyəsinin sıyrılması xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin yardımdan sonra T. Əliyev ambulator müalicəyə yola salınıb.