Bu ərazilərdə təmir və rənglənmə işləri aparılır


Digərləri 13 May 2019 11:37:00 185 0

Bu ərazilərdə təmir və rənglənmə işləri aparılır

Bakı-Ələt-Qazax Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bakı. Bakı-Ələt-Qazax Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bundan başqa, Bakı şəhəri, Xəqani və Səməd Vurğun küçələrində, həmçinin Bakı Dəmiryolu vağzalının qarşısında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.