Azərbaycanda vəzifəli şəxs iş yerində öldü


Digərləri 13 May 2019 10:04:00 232 0

Azərbaycanda vəzifəli şəxs iş yerində öldü

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Tarix Diyarşunaslıq Muzeyinin direktoru Ağayar Nəsirov iş otağında ölmüş vəziyyətdə aşkarlanıb.

Son.az oxu.az-a istinadla xəbər verir ki, hadisə yerinə Cəlilabad rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Meyit müayinə olunmaq üçün ekspertizaya aparılıb.