Energetika naziri və müavinləri cənub bölgəsində vətəndaşları qəbul edəcək


Digərləri 13 May 2019 09:41:05 185 0

Energetika naziri və müavinləri cənub bölgəsində vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov mayın 27-də Lənkəran şəhərində Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bakı. Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verilmiş tapşırıq və tövsiyələrə uyğun olaraq, Energetika naziri Pərviz Şahbazov mayın 27-də Lənkəran şəhərində Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialının inzibati binasında (Ünvan: Lənkəran şəhəri, Ləvəngi ərazisi, Girdəni kənd yolunun 500 metrliyi) keçiriləcək. Mayın 27-də, həmçinin Energetika nazirinin müavini Samir Vəliyev Masallı şəhərində Masallı və Yardımlı rayonunun sakinləri ilə, nazir müavini Elnur Soltanov isə Lerik şəhərində yerli sakinlərlə görüşəcək. Vətəndaşların qəbulu saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küçəsi 17), saat 11:00-da isə Lerik rayon Mədəniyyət Mərkəzində (Lerik şəhəri, A.Əsədullayev küçəsi 22) keçiriləcək.