Nevrozun yaranmasında başlıca səbəb...


Digərləri 12 May 2019 22:05:00 190 0

Nevrozun yaranmasında başlıca səbəb...

Nevroz son illərin ən "populyar" xəstəliklərindən sayılır. Günümüzdə bu xəstəlikdən əziyyət çəkənlərin sayı həddən artıq çoxdur. Hətta bəzən həkim diaqnozu olmadan insanlar onlarda yaranan əsəbilik, gərginlik halına nevroz kimi yanaşırlar.

Nevroz nədir? Hansı hallar nevroz əlamətləri sayıla bilər?

Son.az e-tibb.az-a istinadən bununla bağlı nevroloq Jalə Qarayevanın fikirlərini təqdim edir:  

Nevroz orqanizmdə heç bir orqanik patologiya olmadan meydana çıxan bir pozuntudur. Əslində müasir tibdə nevroz yox, daha çox nevrotik pozuntular, həyəcan pozuntuları, təşviş pozuntuları kimi sözlər işlədilməkdədir. Maraqlısı odur ki, nevrotik pozuntulardan əziyyət çəkən pasiyentlerin çox vaxt laborator, instrumental və radioloji müayinələrində heç bir dəyişiklik aşkar olunmur.

Nevrozun yaranma səbəbləri hansılardır?

Nevroz psixoloji, sosial, genetik və bioloji səbəblərdən meydana çıxa bilər. Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və s. göstərmək olar.

Sosial səbəblərə isə maddi durumun yaxşı olmamasını, işsizlik və s. aid edilə bilər.

Bir çox xəstəliklərdə olduğu kimi nevrozda da genetik faktorlar özünü büruzə verməkdədir.

Nevrozun yaranmasında ən başlıca səbəb isə bioloji səbəbdir, yəni beyində serotonin maddəsinin (xoşbəxtlik hormonunun) səviyyəsinin aşağı düşməsidir.

Nevrozun hansı formaları var?

Həyəcan nevrozu;

Obsessiv-kompulsiv nevroz;

Somatik nevroz;

Fobiyalar;

Postravmatik stress pozuntusu və s.

Nevrozun simptomları necə olur?

Həyəcan;

Ürək döyüntülərinin sayının artması;